Tarix : 2017 Nov 21
Kod 53476

Azərbaycanlı azyaşlı İŞİD-çinin də aralarında olduğu onlarla terrorçu təslim oldu

Bir neçə gün əvvəl “Əl-Qaidə” terror təşkilatının Suriyadakı qolu olan “Təhrir əş-Şam” qruplaşması Həma şəhərinin şərqində yerləşən Rəchan ərazisində İŞİD terrorçularını əhatəyə alıb.
arannews_ Aralarında xarici üzvlərin da olduğu onlarla terrorçu qarşıdurmasız “Təhrir əş-Şam” terrorçularına təslim olub.
“Təhrir əş-Şam” tərəfindən bu barədə yayımlanan videoda Qafqazdan və Orta Asiyadan olan terrorçuların da olduğu görülür.
Videonun 53-cü dəqiqəsində özünü Yusif Azəri kimi təqdim edən azyaşlı İŞİD üzvü isə diqqət çəkib.
Qeyd edək ki, bir neçə gün öncə Suriya ordusunun “İŞİD Ovçuları” xüsusi təyinatlılarının Deyr əz-Zorun Havicə Kəyt adasında əsir götürdüyü 250-yədək terrorçunun arasında çox sayda azərbaycanlı da olub.
  • Yazılıb
  • da (də) 2017 Nov 21
  • Göndərən مدير سايت Aran News