Tarix : 2017 Nov 21
Kod 53477

“Səudiyyə Ərəbistanı İsrailin səsidir” – İsrailin sabiq naziri

İşğalçı İsrail rejiminin sabiq müharibə naziri Moşe Yalon qalmaqallı açıqlama verib.
“Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cübeyrin bizim ibrani dilində dediklərimizi, ərəbcə olaraq tələffüz etməsi təsadüfi deyil”, deyə Moşe Yalon diqqətə çatdırıb.
Moşe Yalon vurğulayıb ki, işğalçı İsrail rejiminin məhv edilməsini istəyən İran Səudiyyə Ərəbistanını da təhdid etdiyi üçün ortaq düşməndir.
Sabiq hərbi nazir bildirib ki, Səudiyyə Ərəbistanı İsrailin səsidir.
Qeyd edək ki, işğalçı İsrail rejiminin sabiq enerji naziri Tələvivin Riyad ilə gizli münasibətləri olduğunu bəyan etmişdi.

  • Yazılıb
  • da (də) 2017 Nov 21
  • Göndərən مدير سايت Aran News