Xəbər Lenti

Höccətül-islam Ali-Haşim: Azərbaycan Respublikası islamçı məhbusları azad etsin

Xəzər ölkələri bir neçə sənədi razılaşdırıblar

Sumqayıtda işçinin öldürdüyü müdir kimdir– “Hacı, ürəkləri yandırdın…” (Fotolar

İsrail hərbçiləri daha iki fələstinlini şəhid ediblər

"Bu adamların yeganə günahı vətənlərini sevmələridir"

AXCP rəhbərliyindən daha 3 nəfər həbs olundu

Təbrizin İmam cüməsi Azərbaycan prezidentinə müraciət edib

Oqtay Gülalıyev: Əfv sərəncamı ümidləri doğrultmadı

Nardaran işi 4: Şahidlər təqsirləndirilən şəxsləri tanımır

NİDA üzvü: Əfqan Muxtarlı ilə görüşə icazə vermədilər

Fələstinlilərə qarşı əməliyyatda İsrail xüsusitəyinatlısının başına böyük daş düşdü

"Donald Tramp da sələfləri Buş və Reyqan kimi tarix səhnəsindən silinib gedəcək"

Əsəd: “Dar baxış və maraqlara malik ölkələr siyasi səylərə mane olmağa çalışır”

ABŞ Paşinyan hökumətinə milyonlarla dollar ayıra bilər

`Dəmirbank`ın kreditorlarının DİQQƏTİNƏ

Şəhid əsgərin ailəsinin qazpulu borcu silinə bilərmi

ABŞ-İran münasibətlərinin Azərbaycana təsiri olacaqmı

Azərbaycan R-da məhbus dindarların azadlığı tələb olunub+Audio

MBH üzvünün məhkəməsi təxirə salınıb

İraqın "Sədr" hərəkatının rəsmisi İranla münasibətlərə aydınlıq gətirdi

Rusiyada terrorçularla əlaqədə şübhəli bilinən 8 nəfər saxlanılıb

Oğuzda silahlı şəxslər tutulub

Hökümətdən əfv sərəncamına islamçıların adının salınması istənildi

AXCP fəalı həbs edilib

Siyavuş Novruzov qız qaçırılmanı insan oğurluğu saymır

Milli Şuraya mayın 28-də mitinq keçirməyə icazə verilmədi

Ali Məqamlı Rəhbərin baxışında qonşu ölkələr

ABŞ Müqtəda Sədrin `Sairun` koalisiyası ilə əlaqəyə çalışır

ABŞ Paşinyana 140 milyon dollar ayıracaq

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Netanyahu onların qorxusundan hökumət iclaslarını yerın altına keçirib

İsrailin mühasirəsini qırmaq məqsədilə – Avropa gəmiləri Qəzzaya yola düşüb

Bakıda “Qarabağ dünən, bu gün və sabah” adlı elmi-praktik konfrans keçirilib

Qarabağ əlili: Polis şöbəsində məni öz əsamla döydülər

Müsavat Partiyasının fəalı 30 sutka həbsə məhkum edilib

Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

Seyid Əli Xamenei: "Qərb xalqlarının nail olduğu yerə çatmalıyıq" düşüncəsi səhvdir

Həbs edilən sabiq icra başçısından 10 gündür xəbər yoxdur

“Maarifçiliyə Dəvət” İB fələstinlilərin qətliamı ilə bağlı BƏYANAT yayıb

Arxiv
 
Tarix : 2017 Noy 21     |     Kod : 53478

Tale Bağırzadə Ali Məhkəməyə müraciət edib

"Müsəlman Birliyi" Hərəkatının sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və "Nardaran işi" üzrə onlarla birlikdə mühakimə olunan daha 13 nəfər Ali Məhkəməyə kassasiya şikayəti verib

Arannews_ "Müsəlman Birliyi" Hərəkatının sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və "Nardaran işi" üzrə onlarla birlikdə mühakimə olunan daha 13 nəfər Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu haqda AzadlıqRadiosuna Nardaran məhbuslarının vəkillərindən Fariz Namazlı məlumat verib.
Bu cinayət işi üzrə təqsirləndirilən şəxslərin sayı 18 nəfərdir. Onlardan 15-nin kassasiya şikayətlərini vəkillər Yalçın İmanov, Fəxrəddin Mehdiyev, Nemət Kərimli və Fariz Namazlı təqdim edib. Qalan üç nəfər Nardaran məhbusu – Şamil Abduləliyev, Rasim Cəbrayılov və Cabbar Cabbarovun hüquqlarını isə Elçin Sadıqov və Zibeydə Sadıqova müdafiə edir.
Nardaran məhbuslarının kassasiya şikayətlərinə nə vaxt baxılacağı hələlik məlum deyil.
T.Bağırzadə və onunla birlikdə mühakimə olunan daha 16 nəfər 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat nəticəsində həbs olunub. Onlarla birgə məhkəmə önünə çıxarılmış F.Qəhrəmanlı isə Facebook səhifəsində Nardaran hadisələri ilə bağlı yazdığı statuslara görə 2015-ci il dekabrın 8-də saxlanılıb.
T.Bağırzadə və onunla birlikdə həbs olunanlar qəsdən adam öldürmə, terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və başqa maddələrlə ittiham olunurlar. Amma onlar ittihamları rədd edirlər. Bildirirlər ki, onların heç birində silah olmayıb, namaz qıldıqları vaxt polislər evə hücum edərək atəş açıblar.
Nardaran məhbusları məhkəmədə bildiriblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Bağırzadə və onun müavini Abbas Hüseynovun hər birinə 20 il, Cabbar Cabbarova 19, Rasim Cəbrayılova 17, F.Qəhrəmanlı və Ramin Yarıyevə 10, qalan 12 nəfərə isə 14 il 6 ay həbs cəzası verilib. Bakı Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. Apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib.


Açar sözlər : 

Yazılıb da (də)   2017 Noy 21  Saat  10   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin