Tarix : 2017 Nov 21
Kod 53479

Daha bir Nardaran sakini hәbs olundu

Nardaranda Bünyatov ailəsində həbslər davam edir.
Rakurs.tv-nin verdiyi məlumata əsasən, Nardaranda polislərlər tərəfindən öldürülən Rəfail Bünyatovun oğlu Hüseynağa Bünyatov həbs edilib.
Yaxınlarının verdiyi məlumata görə, 1998-ci il təvəllüdlü H. Bünyatov 535.1-ci (polisә tabesizlik) maddә ilә ittiham olunaraq 30 gün müddətinə sutkalıq həbs cəzası alıb.Yaxınları onun sosial şəbəkədə Nardaranda polislər tərəfindən işgəncə ilə öldürülən atasının və digərlərinin məzarı və şəklini paylaşdığı üçün həbs edildiyini deyirlər.
  • Yazılıb
  • da (də) 2017 Nov 21
  • Göndərən مدير سايت Aran News