Livanın "Hizbullah" müqavimət hərəkatının baş katibi Seyid Həsən Nəsrullah "Al-Manar" televiziyasında canlı yayımda Suriyada və İraqda İŞİD-ə qarşı son qələbələrdən, Yəmən üzərində dövr edən hadisələrdən və Ərəb Liqasının dünənki iclasında müzakirəyə qoyulan mövzulardan danışıb. Seyid Həsən Nəsrullahın çıxışının əsas hissəsi aşağıdakı kimi olub:
Aran Agentiliyi: "İraqdan qüvvələrimizi Bağdad rəhbərliyi İŞİD-ə qarşı rəsmi zəfər elan etdikdən sonra çəkəcəyik. Bəli! 20 noyabrdan etibarən artıq İŞİD əfsanəsi bitdi. "Dövlət" deyilən bir qurum qalmadı. İŞİD-ə qarşı qazandığımız qələbə Peyğəmbərimizin (s) pak simasını qaraltmağa yönələn layihənin məhv olması deməkdir. İŞİD-in əsl hədəfi İslamı qaralamaqdır. Hazırda İŞİD təşkilati olaraq hücrə mexanizmlərindən istifadə edərək fəaliyyətini davam etdirir. Lakin Livan, Suriya və İraqı parçalamağı qarşısına məqsəd qoyan İŞİD layihəsi çökdü. ABŞ həmişəki kimi İŞİD-ə yardım etdi və Fərat çayının qərbində onlar üçün hava müdafisəni təmin etdi. ABŞ xüsusən Əbu Kamal əməliyyatları zamanı İŞİD terrorçularını Suriya ordusu və müttəfiqlərinə hücum etmələri üçün intensiv kəşfiyyat məlumatları ilə təmin etdi. ABŞ İŞİD-dən istifadə etməyə davam etmək məsələsində israrlıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə Türkiyənin müttəfiqi olan ABŞ-ı İŞİD-ə dəstək verməkdə günahlandırdı. Əbu Kamalı itirən İŞİD terrorçularının qaçmasına ABŞ şəxsin özü rəhbərlik etdi və prosesi asanlaşdırdı. Qaçan İŞİD üzvlərinə hazırda ABŞ-ın dəstəklədiyi kürd qruplaşmalarının nəzarət etdiyi ərazilərdə ev sahibliyi edilir. İŞİD-ə qarşı mübarizə aparan hər kəsə, Suriya ordusuna, İraq ordusuna və qəhrəman döyüşçülərimizə salamlarımı çatdırır və hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. İŞİD üsnürləri əməliyyata hazır halda varlıqlarını davam etdirirlər. Buna görə də eyforiyaya qapanmaq səhv addım olar. Hər cür təhlükəyə qarşı hazır vəziyyətdə olmalıyıq.
Dünənki Ərəb Birliyi toplantısına gəldikdə isə İrana, "Hizbullah"-a və "Ənsarullah"-a yükləndilər. İran və "Ənsarullah" özlərini müdafiə edib lazımi açıqlamaları verəcəklər. Mən isə "Hizbullah" adından danışacağam. Ərəb Birliyinin dünənki ittihamları yeni bir şey deyil. Ancaq ironik olan budur ki, "Hizbullah"-ın Əbu Kamalı bütün dünyanın terror təşkilatı olaraq qəbul etdiyi İŞİD-dən azad etdiyi gün "Hizbullah" bu ölkələr tərəfindən terror təşkilatı elan edildi. Siz İŞİD qarşısında nə etdiniz ki İŞİD-i məğlub edən "Hizbullah"-ı terror təşkilatı elan edirsiniz? Bircə müharibə, vahid cəbhə və döyüş göstərin! Hanı sizin İŞİD-ə qarşı sərəncamlarınız, komandalarınız, liderləriniz? Ərəb dövlətlərinin əlində "Hizbullah"-ın balistik raket sahibi olduğu ya da bir başqa ölkəyə göndərdiyinə dair hər hansı bir dəlil varmı ki bunun üzərində təkid edirlər? Heç bir ölkəyə ballistik raket göndərməmişik. Bəhreynə, Yəmənə, Kevytə ballistik raket göndərmədik, lakin Qəzzaya çox sayda raket göndərmişik. Qəzzaya göndərdiyimiz silahlara görə qürur duyuruq və bunu gizlətmirik. Suriyaya silah göndərmişik, çünki orada birbaşa döyüşürük. Ərəb Liqasında xüsusilə Bəhreyn və Səudiyyə Ərəbistanı Livanın əsas probleminin "Hizbullah"-ın silahı yerə buraxmaması olduğunu dilə gətirdilər? Görəsən onların bölgədəki reallıqlardan, ölkədə nə olub-bitdiyindən xəbərləri varmı? Dünən toplanan ərəb nazirlərə və ümumiyyətlə, hər kəsə xatırlatmaq istəyirəm: Livana və bölgəyə qarşı ən böyük təhdid sübhəsiz şəkildə İsraildir! Müqavimətin silahı işğalçılar qarşısında azadlığın təminatı və hörmətimizdir. Əgər Livanı İsraildə qorumaq niyyətində olmusunuzsa, o başqa məsələ! Təyyarənizi, tanklarınızı, silahınızı - bütün bunları İsrailə tərəf yönəltməyə hazırsınızsa, onda bu başqa! "Hizbullah"-ın silahı Livanda sabitliyin təminatçısıdır. Əgər sabitliyə töhfə vermək etsəyirsinizsə, buyurun! Lakin Livanın daxili işlərinə burnunuzu soxmayın. İsraili də Livana qarşı qızışdırmayın! Bu arada dünən Ərəb Birliyinin toplantısının hədəfi yenə işğal altındakı ərəb torpağı olan Fələstin deyildi. Əsl gündəm Yəmən idi. Yəməndək Kral Xalid hava limanına atılan ballistik raket... Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cübeyr bu raketinin İran istehsalı olduğunu irəli sürərək Yəməndən atılan raketdə "Hizbullah"ın əlinin olduğunu iddia edib. Daha əvvəl də dedim, amma bəziləri başa düşmür! "Hizbullah"-ın bu işdə heç bir barmağı yoxdur! Səudiyyə Ərəbistanının problemi yəmənlilərin gücünü dərk etməməsidir. Yəmənlilərin öz strategiyaları və öz planları var! Silahlarını özləri istehsal edəcək gücdədirlər. "Hizbullah" olaraq bu istiqamətdə ittihamların heç bir qarşılığının olmadığını və hamısının əsassız iddialar olduğunu təkrar etmək məcburiyyətindəyəm. Daha əvvəl bir neçə dəfə Yəmən müqavimətinin gücünü görməzdən gəldiz. Son nöqtə isə ortadadır. Ərəb liderlərə səslənirəm. Siz dinsizsizmi? Yoxsa, insanlığınızı itirdiniz? Ərəblik şərəfindən dəmi pay almadınız? Sizin vicdanınız sızlamır? Ağlınız damı işləmir? Yəməndə aclıqdan qıvrılanların görüntüləri sizin üçün bir şey ifad etmirmi? BMT-nin Yəmən haqda aclıq hesabatı var. Bəşəriyyət hara baxır? Bəziləri, "Nəsrullah yenə böyük-böyük danışır" deyəcəklər. Xeyr! Heç kəsi qızışdırmaq və bir-birilərinə vurdurmaq istəmirəm. Lakin Yəməndə olanlar haqqında heç kəsin səsi çıxmır. Ərəb liderlərə "Ənsarullah"-a, Husilərə və ya Yəməndəki hər hansı bir qrupa dəstək verin demirəm! Bələkdəki uşaqlara hücum edən Səudiyyə Ərəbistanının təcavüzlərini dayandırın, bu kifayət edər deyirəm! Daha sonra siyasi həll axtarın. Bu səssizliyin səbəbi nədir? Yoxsa, Səudiyyədən qorxursunuz? Milyonlarla insanın Səudiyyənin blokadası üzündən yayılan vəba epidemiyasına görə öldüyü bir zamanda yaşayırıq. Amma heç kəsin səsi çıxmır. Edilməsi lazım olan şey Səudiyyə Ərəbistanının hücumlarını dayandırmaqdır! Bu Ərəb Birliyi mətnini yayımlayan adamlar Yəmən mövzusunda və törədilən qırğınlar barədə hər şeyi bülbül kimi bilirlər.
Bizlər Livan xalqı olaraq baş nazirin qayıdışını gözləyirik. Hələ ki, istefa etmiş deyil. Geri qayıdanda nələr olacağını görəcəyik. Prioritetimiz Səid Həririnin qayıtmasıdır. O qayıdanda Livan izzətinə qovuşacaq. Bu arada, Ərəb Birliyinin göstərdiyi bu ittihamedici və aqressiv davranışın arxasında sionist İsraillə əlaqə prosesini gündəmdən xaric etmək var. Məqsədləri İsraillə əlaqələrini ərəb dünyasının gündəmindən çıxarmaqdır. Həriri qayıtdıqdan sonra bütün səmimiyyətlə oturub danışacağıq. Təbii ki, söyləyəcəyimiz şeylər olacaq və yaşanacaq prosesdən sonra ictimaiyyətə bizim də edəcəyimiz açıqlamalar olacaq. Müqavimətə könül verən və faktiki olaraq meydanda müqavimətin tərəfində olan hər kəsə müraciət edirəm: Dünənki Ərəb Birliyinin bəyanatını unudun. Varmış, ya da yoxmuş, önəmli deyil! Yola davam edin. Bu yol tarixi dəyişdirəcək böyük qələbələrlə doludur. Vəssəlamu Əleykum!"
Mənbə: Eastnews.org
"Hizbullah" lideri: "İŞİD əfsanəsi bitdi"