Tarix : 2017 Nov 21
Kod 53482

Türkiyə NATO-dan çıxa bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Sadık Arslan məsələ ilə bağlı danışıb.
Aran Agentiliyi:  un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə NATO üzvlüyündən imtina edə bilər. Bu cür çağırışla ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Sadık Arslan çıxış edib.
Buna səbəb isə Alyansın rəsmi Ankaraya qarşı olan düşmən siyasəti oldu.
Xatırladaq ki, Türkiyə və NATO arasında qalmaqal yaşanıb. Belə ki, ittifaqın Norveçdə keçirilən təlimləri zamanı stolüsü sxemdə şərti düşmənlərdən biri kimi Mustafa Kəmal Atatürkün və Ərdoğanın şəkli bu sxemdə olub.
NATO Baş katibi Yens Stoltenberq rəsmi şəkildə Türkiyədən üzr istəyib, lakin türkiyəli lider bunu qəbul etməyib və təlimlərdəki ölkə hərbçilərini geri çağırıb.
Ərdoğan bildirib ki, NATO İslam və türk dünyasını düşmən kimi göstərmək istəyir.
İslamazeri.com
  • Yazılıb
  • da (də) 2017 Nov 21
  • Göndərən مدير سايت Aran News