Tarix : 2017 Nov 21
Kod 53484

Qarabağ münaqişəsini İmam Hüseyn (ə) məktəbindən ilham almaqla həll etmək olar

Höccətül-islam Səncəri: Azərbaycanın düşmənləri Qarabağı Azərbaycan xalqı üçün zillət məzhərinə çevirmək istəyirlər. Bu zillətdən qurtulmağın yolu yalnız Aşura məktəbidir.

AranNews – Culfa şəhərinin imam cüməsi bu həftənin cümə namazı xütbələrində Kirmanşah əyalətində baş verən zəlzələdə bir çox insanların həlak olması münasibətilə başsağlığı verib. İmam cümə deyib: “Kirmanşahda baş vermiş zəlzələ ölkəmizə qəm-kədər gətirdi. Bu dərdi təkcə İran xalqının zəlzələdə zərər çəkmiş əhali ilə həmrəyliyi sağalda bilər”.

Höccətül-islam vəl-müslimin Səncəri xütbəsinin digər hissəsində əzəmətli Ərbəin yürüşünə işarə edərək deyib: “İmam Hüseyn (ə) qüdrət və izzət mənşəyidir. İzzət zirvələrini fəth etmək istəyən xalq İmam Hüseyn (ə) məktəbini öyrənməlidir”.

Xətib vurğulayıb: “Azərbaycan Respublikasından Ərbəin yürüşündə iştirak edənlər bu ölkə üçün bir xəzinədir. Qarabağ münaqişəsini İmam Hüseyn (ə) məktəbindən ilham almaqla həll etmək olar”.

İmam cümə deyib: “Azərbaycanın düşmənləri Qarabağı Azərbaycan xalqı üçün zillət məzhərinə çevirmək istəyirlər. Bu zillətdən qurtuluşun yolu yalnız Kərbəla və Aşura məktəbindədir. Ərbəin zəvvarlarının Kərbəladan və Aşuradan ilham alması Qarabağın azad olunmasına zəmanət verəcək”.

  • Yazılıb
  • da (də) 2017 Nov 21
  • Göndərən مدير سايت Aran News