Tarix : 2017 Nov 21
Kod 53489

Bu ölkə namazı qadağan etdi

Fransada küçədə namaz qılmaq qadağan edilib.
Aran Agentiliyi:  Publika.az xəbər verir ki, Fransa daxili işlər naziri Cerard Kollomb polisin küçələrdə namaz qılanlara əngəl olacağını bildirib:
“İnsanların küçədə namaz qılmalarının və dua etmələrinin qarşısını alacağıq. Gələcək bir neçə həftədə bu problemin həllinə nail olacağıq”.
Nazir müsəlmanların ibadətlərini küçələrdə deyil, bunun üçün ayrılan məkanlarda etməsini daha məqsədəuyğun sayıb.
Qeyd edək ki, müsəlmanlar Parisdə bir məscidin bağlanmasına etiraz etmək məqsədilə bələdiyyə binasının önündə küçədə namaz qılmağa başlayıblar.

  • Yazılıb
  • da (də) 2017 Nov 21
  • Göndərən مدير سايت Aran News