Tarix : 2017 Nov 22
Kod 53495

Sabah AİP lideri Mövsüm Səmədovun Ali Məhkəməsi keçiriləcək

FacebookTwitterGoogle+LinkedInTumblrWhatsApp Bu barədə “İslaminSesi”nə Mövsüm Səmədovun yaxınları məlumat verib.
Arannews-Məhkəmə noyabr ayının 22-i Bakı Ali Məhkəməsində saat 11:05-də başlayacaq
 Qeyd ki, edək ki, Bakı şəhər Qaradağ Məhkəməsinin qərarı ilə 14 iyun 2017-ci ildə Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov barəsində 3 il müddətinə qapalı tipli həbsxana rejiminə keçirilib. Həmin qərardan apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxlamışdır.
Bundan sonra həmin qərardan kassasiya şikayəti verilib və həmin şikayətə Ali məhkəmədə baxılacaqdır.
Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Qobustan Qapalı Tipli Təcridxanada saxlanılır. AİP lideri Beynəlxalq Təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.
ShareFacebookTwitterGoogle+LinkedInTumblrWhatsApp


  • Yazılıb
  • da (də) 2017 Nov 22
  • Göndərən مدير سايت Aran News