Aeannews-Səudiyyə Ərəbistanı və müttəfiqləri İranı irqçilik siyasəti yürütməkdə ittiham etsələr də, özləri vəhhabi terrorçu əqidəsinin mərkəzi və “Əl-Qaidə”, İŞİD və Nusra kimi terror qruplaşmalarına silah və pul dəstəyi etməkdə tanınırlar. Həmçinin Suriya və İraqda müqavimət qüvvələri tərəfindən saxlanılan terrorçuların çoxu ya Səudiyyə vətəndaşı olub ya da bu ölkədə təlim görüb.Səudiyyəlilərin İraq və Suriyanı bölməkdə uğursuzluqları, onların Yəmən məsələsində bacarıqsızlıqları və nəhayət, bu rejimin Livanın baş naziri Səd əl-Həririni girov saxlamaqla bu dövlət əleyhinə fitnə yaratması bu birliyin son iclasının əsas səbəblərindən idi. Ali-Səud rejiminin istəyi və dəstəyi BƏƏ, Bəhreyn və Küveyt kimi müttəfiqlərinin iştirakı ilə təşkil olunan bu iclasda İran İslam Respublikası hücuma məruz qalsa da, İsrail rejiminin ərəb və islam torpaqlarına olunan son hücumları nə müzakirə olundu, nə də qınanıldı.
İsrail rejiminin 2006-cı ildə Livan “Hizbullah”-ı əleyhinə olan 33 günlük müharibəsi, bu rejimin 2014-cü ildə Qəzza zolağına 55 günlük hücumu və uşaq qətliamı törətməsi bu ərəblərin qəzəb damarının cuşa gətirmədi. Lakin ABŞ və İsrailin və onların bölgədə olan xəyanətkar müttəfiqlərinin planları, o cümlədən İraq, Suriya və Livanın bölünməsi, Yəmən böhranı, İŞİD-in əli ilə törədilən müharibələrin uğursuzluğu, Onları qəzəbləndirib, İranı günahkar görmələrinə vadar edib və ibrani bəyənatını ərəb dilinə tərcümə edərək, İrana qarşı yayıblar.
Müqavimət cəbhəsinin İŞİD-in tamamilə məhv olmasıyla İraq və Suriyada qazandıqları böyük qələbələr, və həmçinin Livandan Yəmənədəl müqavimət qüvvələrinin təsir və nizamının daha da artması, İraq və Suriya dövlətinin təsbit olması səudiyyəliləri qəzəbləndirdiyinin şahidi oluruq, lakin bu qaçılmaz həqiqətdir və artıq heç bir bəyənat və təhdid, nə də İsraillə içi boş olan koalisiyalar Qərbi Asiyanın həqiqətlərini dəyişməyə qadir deyil.