"Dostluq" kinoteatrında baş tutan tədbirdə partiyanın 67 rayon təşkilatından 250 nümayəndə iştirak edib.
Azerbaijan Servisi/Aran Agentliyi
Dünan Müasir Müsavat Partiyası (MMP) III qurultayını keçirib. "Dostluq" kinoteatrında baş tutan tədbirdə partiyanın 67 rayon təşkilatından 250 nümayəndə iştirak edib. Partiyanın sədri Hafiz Hacıyev hesabat məruzəsi ilə çıxış edib. Qurultayda təşkilat məsələlərinə də baxılıb. H.Hacıyev yenidən partiyanın sədri seçilib. Qurultayda bu ilin oktyabrın 15-də keçiriləcək prezident seçkisində iştirak etmək üçün H.Hacıyevin namizədliyi irəli sürülüb. Qərar partiya üzvləri tərəfindən yekdilliklə qəbul edilib.