İsrail rejiminin müharibə naziri bazar ertəsi günü Suriya dövlətinin İŞİD-in işini bitirdiyini və bu terrorçu qruplaşma ilə savaşda qələbə qazandığını etiraf edib və deyib: Yaxın Şərq mühüm dəyişikliklərin şahididir.
Arannews-Aviqdor Liberman həmçinin deyib: Suriya prezidenti Bəşşar Əsəd bu ölkə ordusunun müdafiə qüdrətini artırmağı bacarıb.
İsrail rejiminin müharibə naziri daha sonra bu rejimin öz hərbi büdcəsini bir milyard dollar həcmində artırmağa ehtiyaclı olduğunu deyib.
ABŞ və İsrail rejiminin İŞİD terrorçularını hərtərəfli formada himayə etmələrinə baxmayaraq, Suriya ordusu və müqavimət qüvvələri ötən günlər ərzində İŞİD-in Suriyadakı sonuncu əsas sığınacağı olan Bukamal şəhərini azad etməyi bacarıb.
Bukamal şəhərinin azad edilməsi ilə İŞİD terrorçularının Suriyadakı varlığı sadəcə Deyrəzzur və Homs vilayətlərinin səhralıq məntəqələri ilə məhdudlaşmış olub.