Tarix : 2017 Nov 22
Kod 53504

Ənsarullah: `Səudiyyə Ərəbistanının cinayətləri İŞİD-in törətdiyindən daha böyükdür`

FaktXeber.com-un verdiyi məlumata görə, Yəmənin Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam İŞİD-in məğlubiyyəti ilə əlaqədar İraq və Suriya dövlətlərini təbrik edib.
Arannews-FaktXeber.com-un verdiyi məlumata görə, Yəmənin Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam İŞİD-in məğlubiyyəti ilə əlaqədar İraq və Suriya dövlətlərini təbrik edib.
"Biz İŞİD terror qruplaşmasının məğlub edilməsi və bununla da təkfirçilik planının iflasa uğraması münasibətilə İraq və Suriya dövlətlərini təbrik edirik", - deyə Məhəmməd Əbdüssalam bəyan edib.
Həmçinin baxın
Yəməndə 400 min azyaşlı ölüm təhlükəsi ilə üzləşib
O, əlavə edərək, bildirib ki, Səudiyyə Ərəbistanının Yəməndə törətdiyi cinayətlər İŞİD-dən daha böyükdür: "Bu rejim regionun sabitlik və təhlükəsizliyi üçün ciddi təhlükə hesab olunur".
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Yəməni blokadada saxlaması ölkədə vəziyyəti acınacaqlı edib. Son hesabatlar göstərir ki, hazırda 400 min azyaşlı ölüm təhlükəsi ilə üzləşib.
Yəmən əhalisinin əsas problemi kasıblıq, qida çatışmazlığı və səhiyyə xidmətlərinin olmamasıdır. Ölkə əhalisinin 70 faizi (20 milyon insan) humkanitar yardıma ehtiyaclıdır. Lakin Səudiyyə Ərəbistanının yaratdığı koalisiya qüvvələri ölkəyə heç bir yardımın daxil olmasına imkan vermir
  • Yazılıb
  • da (də) 2017 Nov 22
  • Göndərən مدير سايت Aran News