Yəmənin “Ənsarullah” hərəkatının mətbuat katibi Məhəmməd Əbdüssəlam Birləşmiş Ərəb Əmirlikləri barədə açıqlama verib. Məhəmməd Əbdüssəlam bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri azı Səudiyyə Ərəbistanı qədər təhlükəlidir.
Arannews-İsrail rejimi barəsində də açıqlama verən Məhəmməd Əbdüssəlam, düşmənlərin eyni cəbhədə dayandıqlarını sözlərinə əlavə edib. “İsrailin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini tərifləməsi ərəb milliyətçiliyindən imtina edilməsi üçün yetərlidir.
Səudiyyə Ərəbistanının və BƏƏ-nin təhdidi İslam ümmətinin düşmənləri ilə eyni səviyyədədir”, - deyə Məhəmməd Əbdüssəlam diqqətə çatdırıb.
Mənbə: eastnews