Rusiya FTX əslən azərbaycanlı milyarder Mübariz Mənsimov barəsində araşdırmaya başlayıb
Arannews-Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin İqtisadi Təhlükəsizlik İdarəsi Türkiyədə yaşayan Azərbaycan əsilli milyarder Mübariz Mənsimova məxsus “Palmali” Şirkətlər Qrupu barəsində araşdırmalara başlayıb. Bu barədə “Russia Today” məlumat yayıb.
Bildirilir ki, “Palmali” şirkəti Rusiyada 1 mlrd. rubl vergidən yayınmaqda ittiham olunur. Bundan başqa, şirkət külli miqdarda pul vəsaitinin xaricə çıxarılmasını təşkil etməkdə təqsirləndirilir.
Buna qədər “PalmaAli” Şirkətlər Qrupunun Rostov bölməsinin direktoru Aleksey Mixelev barəsində cinayət işi qaldırılıb. İstintaqın məlumatına görə, o, su nəqliyyatı ilə yük daşınmasından əldə edilən gəlir haqqında bilərəkdən yalan məlumatlar təqdim edib.
Qeyd edək ki, “Palmali” Şirkətlər Qrupu (ingiliscə:Palmali Group of Companies ) – Türkiyədə 1998-ci ildə qeydiyyatdan keçmiş, Qara, Aralıq, Xəzər və Baltik dənizlərində yükdaşıması ilə məşğul olan şirkətlər qrupudur.
Forbes”-in dəyərləndirməsinə görə, “Palmali”nin sahibi Mübariz Mənsimovun sərvətinin 1 milyard 100 milyon dollara bərabərdir. M.Mənsimov Türkiyənin 100 ən varlı adamının arasında isə 21-cidir.
Xatırladaq ki, noyabrın 11-də Moskva şəhərinin Basman rayon məhkəməsi azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun həbsinə dair qərar çıxarı