Tarix : 2017 Nov 25
Kod 53522

Təbrizdə Naradaran şəhidlərinin ikinci ildönümü münasibətilə mərasim keçiriləcək

Nardaran şəhidlərinin anım mərasimi bazar günü məğrib və işa namazlarından sonra Təbrizin Vəliəsr (əc) prospektində İmam Sadiq (ə) məscidində keçiriləcək.
AranNews – 26 noyabrda İmam Həsən Əskərinin (ə) şəhadət axşamı ilə eyni zamanda Nardaran şəhidlərinin ikinci ildönümü münasibətilə mərasim keçiriləcək. Mərasimin xətibi höccətül-islam vəl-müslimin Rəsul Bərgi və məddahı Hacı Abdullah Dadaşi Ərdəbili olacaq. 
Anım mərasimi məğrib və işa namazlarından sonra Təbrizin Vəliəsr (əc) prospektində İmam Sadiq (ə) məscidində əhalinin iştirakı keçiriləcək.
Qeyd edək ki, 2015-ci il 26 noyabrda İmam Hüseyn (ə) Ərbəini ərəfəsində öncədən cızılmış plan əsasında Azərbaycan Respublikasının polis və təhlükəsizlik qüvvələri Nardaranda əzadarlıqla məşğul olan dindarlara hücum edərək 4 nəfər islamçını şəhid etmişdir və Müsəlman Birliyi Hərəkatının rəhbəri Hacı Tale Bağırzadəni və onlarla islamçı fəalı həbs etmişdir.


  • Yazılıb
  • da (də) 2017 Nov 25
  • Göndərən مدير سايت Aran News