Tbilisidə keçirilən antiterror əməliyyatı zamanı ələ keçirilən terrorçu, ilkin məlumatlara görə, Rusiya vətəndaşı Suxo Dudaeyevdir.
Arannews:nur-az.com:isitnadən xəbərə-Bu barədə Gürcüstan Pirveli radiosu (birinci radio) xəbər yayıb.Məlumatda deyilir ki, bu gün məhkəmənin hökmü ilə terrorçu qruplaşma ilə əlaqəli olmaqda şübhəli bilinən S.Dudayev haqqında həbs-qətimkan tədbiri seçilib. Müttəhimin şəxsi xahişinə əsasən, adı və soyadı tam açıqlanmasa da onun məhz Suxo Dudayev olduğu bildirilir.
Xüsusi əməliyyat zamanı “təkəlli Əhməd” ləqəbli Axmed Çatayev qətlə yetirilib. Suxo Dudayev Çatayevin mühafizəçisi olub.
S.Dudayev, həmçinin 2012-ci ildə Gürcüstanın Lapankurski dərəsində həyata keçirilən əməliyyatlarda da iştirak edib.