Tarix : 2017 Nov 25
Kod 53532

Hakimiyyət xalqın cibinə girir

Arxiv arayışlarını, arxivdən çıxarışları pullu edəcəklər Azərbaycanda arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunub. Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər təklif olunur.
Arannews-nur.az.com-Qanuna təklif olunan 33-3-cü maddədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanından hüquqi şəxslərə arxiv arayışları, arxiv sənədlərindən çıxarışlar, arxiv sənədlərinin təsdiq olunmuş surətləri 3 iş günü müddətində verildikdə 20 manat, 7 iş günü müddətində verildikdə 10 manat, fiziki şəxslərə isə 3 iş günü müddətində verildikdə 10 manat, 7 iş günü müddətində verildikdə 5 manat dövlət rüsumu tutulacaq.
33-4-cü maddədə deyilir ki(“Trend”), müvafiq icra hakimiyyəti orqanından hüquqi və fiziki şəxslərə arxiv arayışları, arxiv sənədlərindən çıxarışlar və arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin bu qanunun 33-3-cü maddəsində nəzərdə tutulanlardan artıq müddətdə verilməsi üçün dövlət rüsumu nəzərdə tutulmur.
“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə yeni rüsumların müəyyən olunması məqsədilə hazırlanıb.
Qanun layihəsi Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Təsdiq ediləcəyi təqdirdə 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

  • Yazılıb
  • da (də) 2017 Nov 25
  • Göndərən مدير سايت Aran News