Arannews-Avropada yaşayan bir qrup azərbaycanlı hüquq müdafiəçisi və siyasi mühacir noyabrın 24-də Brüsseldə Beşinci “Şərq Tərəfdaşlığı” Sammitinin keçirildiyi binanın qarşısında etiraz aksiyası keçirib. Aksiya sammit iştirakçılarının diqqətini Azərbaycanda insan hüquqlarının pozulmasına və sayı 160-dan çox olan siyasi məhbuslar probleminə cəlb etmək məqsədilə keçirilib, bu barədə piketin təşkilatçılarından biri, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun icraçı direktoru Emin Hüseynov bildirib.Aksiya iştirakçıları insan hüquqlarının pozulmasını pisləyən şüarlar yazılmış plakatlar və siyasi məhbusların portretlərini qaldırmışdılar.
Piketin qətnaməsində Avropa İttifaqına Azərbaycan hakimiyyətindən insan hüquqlarının pozulmasına son qoymağı və insan hüquqları və demokratiya üzrə ümumavropa dəyərlərinə hörmət etməyi tələb etmək çağırışı yer alırdı.