Tarix : 2017 Nov 26
Kod 53538

Müsəlman Birliyi Hərəkatı Yalçın İmanovla bağlı bəyanat verdi

Azərbaycan hakimiyyətinin növbəti hədəfi vəkillik institudur. Siyasi və ictimai fəallardan, jurnalistlərdən, vətəndaş cəmiyyəti nümayəndələrindən sonra ölkədə repressiya növbəsi müstəqil vəkillərə və hüquqşunaslara çatıb.

Arannews:Rakurs.tv-istinadən xəbər:Azərbaycan hakimiyyətinin növbəti hədəfi vəkillik institudur. Siyasi və ictimai fəallardan, jurnalistlərdən, vətəndaş cəmiyyəti nümayəndələrindən sonra ölkədə repressiya növbəsi müstəqil vəkillərə və hüquqşunaslara çatıb. Hüquqi nümayəndəlik institunun ləğvi, daha sonra adları daha çox siyasi işlərdə hallanan vəkillər Nemət Kərimli, Asabəli Mustafayev, Fəxrəddin Mehdiyev və Aqil Layıca təzyiqlər göstərir ki, mövcud iqtidar sayları getdikcə artan siyasi məhbusları tamamilə müdafiəsiz qoymağa çalışır. Son olaraq, Yalçın İmanovun vəkillik fəaliyyətinin qanunsuz olaraq dayandırılması bunu bir daha təsdiq edir. Yalçın İmanovun vəkillik karyerasına son verilməsinin səbəbi Nardaran hadisəsində günahsız yerə həbs olunan insanları müdafiə etməsidir. Məhkəmə proseslərində qarşı tərəfin saxta ittihamlarını ustalıqla dağıdan, Müsəlman Birliyi Hərəkatı üzvlərinin və "Nardaran məhbusları"nın günahsızlığını sübut edən Yalçın İmanovun vicdanlı və prinsipial mövqeyi hakimiyyətin qəzəbinə səbəb olub. Sonuncu dəfə isə Qobustan həbsxanasında saxlanılan, 20 il qanunsuz həbs cəzası almış Abbas Hüseynova qarşı təzyiqləri və işgəncələri ictimailəşdirməsi dəyərli vəkilimizin barəsində bu bədnam qərarın verilməsi ilə nəticələnib.
Müsəlman Birliyi Hərəkatı olaraq bu qərarı qətiyyətlə pisləyirik. Hakimiyyəti öz səhvini düzəltməyə, Yalçın İmanovun vəkillik fəaliyyətini bərpa etməyə, vəkillərə qarşı təzyiqləri dayandırmağa çağırırıq.

  • Yazılıb
  • da (də) 2017 Nov 26
  • Göndərən مدير سايت Aran News