Arannews-İslaminSesi.info xəbər verir ki, bunu haqqin.az-a ekspert kimi Yaxın Şərq üzrə tanınmış misir yazıçısı və bloqer Məhəmməd Saleh bildirib. Danışıqlar HAMAS-ın Qahirədəki ofisində keçirilir.
"Misir, İordaniya və İsrail layihənin xaç atalarıdır. Rəsmi Qahirə "əsrin müqaviləsinin" həyata keçirilməsində çox maraqlıdır, çünki ölkənin şimal regionunun təhlükəsizliyi ondan birbaşa asılı olacaq. Saziş iki nüfuzlu islam təşkilatlarını yaxınlaşdıracaq və hətta əslində sazişi hazırlayanlar olan İsrail ilə ərəb ölkələrinin etibarlı tərəfdaş olmasına amil ola bilər", - deyə Saleh bildirib.
Məhəmməd Saleh
Layihənin yaradılması üçün Səudiyyə Ərəbistanı və BƏƏ xüsusi təkid edib, çünki onların bunda xüsusi marağı var: "Əsrin Müqaviləsi" ərəbləri iran siyasətinin Yaxın Şərqdəki bələdçisinə - Hizbullaha - qarşı birləşdirməkdir. Səudlar ABŞ-ın dəstəyi ilə Fələstin, İordaniya və digər ölkələrin daxil olduğu ərəb blokunu sünni NATO-su kimi bir şey kimi birləşdirmək istəyirlər. Məqsəd isə bununla İranın təsir zonasının genişlənməsini dayandırmaqdır.
"Ər-Riyadın Bəşər Əsədin Soçiyə səfəri ilə bağlı narahat olması zarafat deyil. Burada Rusiya prezidenti Vladimir Putin Suriya prezidentini vətəndaş müharibəsində qələbə ilə bağlı təbrik edib. Suriya məsələsi 95 faiz Əsədin xeyrinə həll olunub. Eyni zamanda Suriyadakı döyüş əməliyyatlarında əla hazırlq və taktikanı Hizbullah nümayiş etdirdi. Hizbullahın timsalı olan şiə təşkilatı Həşdu-Şabi də İraqda İŞİD ilə mübarizədə özünü ən yaxşı silahlı birləşmələrdən biri kimi göstərdi. İranyönlü şiə hərbçilərinin uğuru göz qabağındadır və bu sünni Səudiyyə və BƏƏ-ni narahat edir. Onlar Hizbullahın Suriya və İraqda yaxşıca möhkəmlənməklə bu uğuru digər ölkələrdə də davam etdirə biləcəyindən qorxurlar. Livan baş naziri Səd Həririnin istefası məhz bununla bağlı idi. İndi Ər-Riyad və müttəfiqləri İranın Livan, Bəhreyn və Yəmənə təsirinin irəliləməsinin qarşısının almağın təcili variantlarını axtarırlar", - deyə misirli Məhəmməd Saleh qeyd edib.
Və Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əhməd Əbu əl-Qeyt də Eyni istiqamətdə düşünür. O, təşkilatın XİN başçılarının iclasında İranın siyasətinin Yaxın Şərq regionunu uçuruma itələdiyini bildirib. Və o söz verib ki, ərəblər İran ilə mübarizə aparacaq. Doğrudur o, bu mübarizə üsulunun yalnız diplomatik üsullarla olacağını vurğulayıb. Buna baxmayaraq Livan "Hizbullah"ının lideri Həsən Nəsrullah təşkilatının digər ölkələrdəki şiə təşkilatlarını silahlandırması barədəki ƏDL-in ittihamlarını rədd edib.
Eyni zamanda Məhəmməd Salehin özü gözlənilən müqavilənin səmərəliliyinə çox ehtiyatla yanaşıb və qeyd edib ki, regionda artan hadisələrin fonunda layihənin tam mənzərəsini yaratmaq çox çətindir.
"Bütün iştirakçılar və maraqlı tərəflər (Layihənin-red) hansısa fraqmentləri haqqında danışırlar. Ola bilsin ki, layihənin tamamı barədə yalnız qlobal oyunçular bilir, hansı ki, onların dəstəyi olmadan onu (layihəni) həyata keçirmək mümkün olmayacaq", - deyə ekspert hesab edir.