Nardaran hadisəsindən 2 il ötür. 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi və Baş Prokurorluq orqanlarının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində 2-i polis, 4-ü qəsəbə sakini olmaqla, ümumilikdə 6 nəfər ölüb. Hadisədən sonra paytaxtda və ətraf rayonlarda 100-dən çox insan polis tərəfindən saxlanılıb
Arannews:Rakurs.tv-istinadən xəbər:Yayılan rəsmi məlumatda deyilir ki, Müsəlman Birliyi adlı qeyri-qanuni təşkilat dövlət çevrilişinə hazırlaşırmış. Bunun üçün birliyin üzvləri qəsəbədə silah depolamış, ölkədə terror aktları törətmək üçün hazırlıq görürmüş. Bəs yayılan rəsmi məlumatlar nə dərəcədə doğrudur? Nardaran hadisələrinə görə, həbs olunan şəxslər məhkəmə proseslərində heç bir dövlət çevrilişinə hazırlaşmadıqlarını, Nardaranda polislərin öz polis yoldaşları tərəfindən öldürdüklərini, ittihamların qeyri-qanuni və əsassız olduqlarını bildirirlər. Bildirək ki, bu hadisələrə görə həbs olunanların bir qisminə 1 il 6 aydan, 6 ilədək, aralarında Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının da olduğu ikinci qrupa 10 ildən 20 ilədək həbs cəzası verilib. Bu qrupdan Tale Bağırzadə və Abbas Hüseynov 20 il, digərləri isə 10 ildən 19 ilədək azadlıqdan məhrum olunub. Hərəsi 12 nəfərdən ibarət olan digər 2 qrupun məhkəmə prosesi isə davam edir. Saxlanılanların hər biri dəhşətli işgəncələrə məruz qaldıqlarını, onlarla alçaldıcı, qeyri-insani rəftar edildiklərini bildirib.
Tale Bağırzadənin həyat yoldaşı Leyla Bağırzadə həmin günlə bağlı təəssuratlarını bölüşdü.
Fakt budur ki, Nardaranda baş verənlər son illərə damğasını vuran ən səs-küylü və önəmli hadisə oldu. Hadisələrin üzərindəki sirr pərdəsi çəkildikcə isə ictimaiyyətə məlum olmayan hələ çox faktlar üzə çıxacaq.