“ən-Nucəba hərəkatı Hizbullaha qarşı aparılan hər bir döyüşdə İsraillə vuruşmağa hazırdı. Bundan öncə hərəkat Suriya hökumətinə də təklif edib ki, Colan Yüksəkliklərinin Sionizmdən azad edilməsində iştirak edə bilər”
Arannews_İslaminSesi.info əl-Məyadinə istinadla xəbər verir ki, bunu İraqın Xalq Səfərbər Qüvvələrinin (Haşdu-Şabi) bir qolu “ən-Nucəba Hərəkatı”nın lideri şeyx Əkrəm əl-Kəbi deyib.
Əkrəm əl-Kəbi verdiyi müsahibədə son günlərdə Hizbullaha qarşı möhtəməl hərbi əməliyyatlara münasibət bildirib və bunun baş verəcəyi zamanı Hizbullahın tək olmayacağını deyib.
O həmçinin bəyan edib ki, “ən-Nucəba”nın "Liva Təhrir-Colan” adlı briqadası da Suriya Ordusu ilə birgə İsrailə qarşı vuruşa bilər.
Əkrəm əl-Kəbi vurğulayıb ki onun başçılıq etdiyi hərəkat bu zəmində Suriya hökumətinə təklif də verib.