Tarix : 2008 Jun 19
Kod 5355

NATO BAKINI BU ALYANSA QOŞULMAĞA TƏŞVİQ EDİB

Az. R. beynəlxalq təhlükəsizlik töhfə verən ölkədir
Azerbaijan Servisi/Aran Agentliyi

Bakıya səfər etmiş NATO Təşkilatının bir rəsmisi Az.R. NATO-ya qoşulmaq üzrə istək irəli sürməyə təşviq edib. Bazar ertəsi Bakıda NATO-nun nümayəndəsi Diyeqo Ruiz Palmar jurnalistlərə bildirib: Az. R. NATO-nun açıq qapılar siyasətindən istifadə edə və Alyansa qoşulmaq arzusunu bəyan edə bilər.
Qeyd edilən NATO rəsmisi əlavə edib: Az. R. NATO üçün vacib tərəfdaşdır. Onun sözlərinə görə, NATO Əfqanıstan və İraqda sülh və sabitliyin bərqərar edilməsində Az. R-nın dəstəyini yüksək qiymətləndirir. NATO nümayəndəsi vurğulayıb: Az. R. beynəlxalq təhlükəsizlik töhfə verən ölkədir. Qeyd etmək lazımdır ki, NATO-nun Əfqanıstan, Kosovo-dakı əməliyyatında və İraqda işğalçı Amerika qüvvələrinə xidmət etməkdə Az. R. əsgərlərinin xidmətindən su-istifadəsinə rəğmən Az. R- dövləti Qarabağın azad edilməsi üçün ordusundan istifadə edə bilməz.

  • Yazılıb
  • da (də) 2008 Jun 19