Xətib daha sonra Azərbaycan Respublikasının cəmiyyətinin 85 faizini şiələrin təşkil etdiyini (91 faiz müsəlmandan 85 faizi şiədir) xatırladaraq Azərbaycan hökumətinə və bu ölkənin konstitusiyasını yazanlara səslənərək, bu ölkəyə sekularizm təfəkkürünü hakim etməyi və konstitusiyada dini siyasətdən ayırmağı bərk tənqid edib.
AranNews – Nardaran şəhidlərinin ikinci ildönümü münasibətilə təşkil olunmuş anım mərasiminin əsas natiqi tanınmış xətib höccətül-islam vəl-müslimin Bərgi öz çıxışında Azərbaycan Respublikasında sabiq kommunist və ateist hakimiyyətdən, onların bu ölkədə törətdiyi cinayət və vəhşiliklərdən və bu ölkənin müstəqillik əldə etməsindən sonra orada anti-din siyasətlərinin davam etməsindən söz açıb.
Xətib daha sonra Azərbaycan Respublikasının cəmiyyətinin 85 faizini şiələrin təşkil etdiyini (91 faiz müsəlmandan 85 faizi şiədir) xatırladaraq Azərbaycan hökumətinə və bu ölkənin konstitusiyasını yazanlara səslənərək, bu ölkəyə sekularizm təfəkkürünü hakim etməyi və konstitusiyada dini siyasətdən ayırmağı bərk tənqid edib.
O, xütbəsinin digər hissəsində Nardaran hadisələrini şərh edərək deyib ki, Azərbaycanın dövlətinin polis və təhlükəsizlik qüvvələri İmam Hüseyn (ə) Ərbəini günlərində hüseyniyyəyə toplaşaraq namaz qılan və əzadarlıqla məşğul olan əhaliyə hücum edib, dörd nəfər islamçını şəhid edib, bir çoxlarını yaralayıb və çoxlu sayda dindarı həbs edib. Həbs edilənlərə isə sonradan əsassız ittihamlarla uzunmüddətli iş kəsilib. Bu senaridə iki polis əməkdaşı da hökumətin öz qüvvələri tərəfindən öldürülüb.
Xətib həmçinin bildirib ki, bu vəhşi hücumdan sonra Nardaran əhalisi əsas məişət imkanlarından məhrum edilib, əhalinin qaz, su və elektriklə təmin edilməsi dayandırılıb ki, onları hökumətin təzyiqlərinə təslim olmağa, Nardarandan islami təzahürləri yığışdırmağa məcbur etsinlər.
Höccətül-islam vəl-müslimin Bərgi Azərbaycan Respublikasında islami münasibətlərə çox az yer ayrıldığından və cəmi iki gün Qurban bayramı və iki gün Fitr bayramına görə tətil edilməsini, Aşura gününün isə qətiyyən tətil edilməməsini tənqid edib, bunun qarşısında xristianlara aid milad bayramının 7 gün tətil edilməsinə öz etirazını bildirib.
Xətib həmçinin bildirib ki, bu il Aşura gününün bazar gününə təsadüf etdiyindən Azərbaycanda ümumi tətil olmasına baxmayaraq Gəncənin icra hakimi şagirdləri məktəbə getməyə və musiqiyə qulaq asmağa məcbur edib.
Tanınmış xətib Nardaranın dini xüsusiyyətlərindən və onun əhalisinin dindarlığından, Nardaranın bütün küçə və xiyabanlarının məsum imamların (ə) və böyük səhabələrin adı ilə zinətlənməsindən da söz açıb və Bakı hökumətinin Nardaranla müxalifət etməsinin əsas səbəbini sionistlərin və vəhabilərin Nardaranın islami təzahürləri ilə müxalifət etməsi adlandırıb.
Höccətül-islam Bərgi çıxışının sonunda Təbriz əhalisinin Nardaran şəhidlərinin anım mərasimində möhtəşəm iştirakını Azərbaycan və Nardaran xalqı üçün bir ümid və bir ürək isintisi olduğunu deyib, bu əzəmətli iştiraka görə onlara öz minnətdarlğını bildirib.
Xətib həmçinin Azərbaycanın dövlət rəhbərlərinin öz əsl fitrətlərinə qayıdacaqlarına və öz müsəlman xalqına xidmət edəcəyinə ümid bəslədiyini deyib.