Arannews:nur-az.com-istinadən xəbər-Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun növbəti dəfə ölüm xəbəri yayılıb. Bu dəfə də sabiq naziri ürək tutmasından “öldürüb”lər. Bu barədə xebervar saytı məlumat yayıb. Saytın verdiyi xəbərdə deyilir: “Milli təhlükəsizlik naziri Eldar Mahmudov ürək tutmasından dünyasını dəyişib. Vəzifədən çıxdıqdan sonra stress, fikir, qorxu keçirən Mahmudov ürək xəstəliyi tapıb və bu xəstəlikdən vəfat edib. Bununla bağlı hər hansı başqa mənbədən məlumat verilməyib”.
Bu sabiq nazirin ilk ölüm xəbəri deyil. Vəzifədən çıxarılandan sonra belə xəbərlər mətbuatda ara-sıra peyda olub. Eldar Mahmudovun ölüm xəbərini əsasən ölkənin aztirajlı saytları yayıb və yaymaqdadırlar.