Noyabrın 27-də Siyasi Məhbusları Müdafiə Mərkəzində Nardaran məhbuslarının ailə üzvləri vəkil Yalçın İmanovun vəkillik hüququnun əlindən alınması ilə bağlı tədbir keçiriblər.
Arannews:Rakura.tv-istinadən xəbər:Məhbus ailələrinin üzvləri Yalçın İmanov haqqında qərarın ədalətsiz olduğunu və bu qərarın onların ailə üzvlərinin müdafiə hüququnun pozulmasına səbəb olduğunu qeyd edərək, Yalçın İmanova qarşı atılmış bu addımı ədalətsiz hesab etdiklərini vurğulayıblar.
Qeyd edək ki, 8 sentyabr 2017-ci il tarixdə Penitensiar Xidmətin rəis əvəzi Oqtay Məmmədov Vəkillər Kollegiyasına şikayət məktubu göndərərək, vəkil Yalçın İmanovu Nardaran hadisələrinə görə həbs olunmuş və Qobustan həbsxanasında saxlanılan Abbas Hüseynova işgəncə verilməsi haqda mətbuata məlumat verməklə ölkədə sabitliyi pozmağa çalışdığını iddia edib. Bu şikayətə görə noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında qəbul olunan qərara əsasən Vəkillər Kollegiyası Y. İmanovun bu qurumdan xaric olunması üçün məhkəməyə müraciət edəcək. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılır.