Müsəlman Birliyi Hərəkatının üzvü Emin Əliyev həbs edilib. Bu barədə Rakurs TV-ə onun yaxınları məlumat verib.
Arannews-Rakurs.tv-istinadən xəbər:Məlumata görə, Emin Əliyev noyabrın 26-ı Nardaran hadisəsi zamanı öldürülən qəsəbə sakinlərinin qəbrini ziyarət etmək istəyərkən ərazidə qurulmuş postda saxlanılıb və 42-ci polis bölməsinə aparılıb. Noyabrın 27-i məhkəmə qarşısına çıxarılan Emin Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə tabesizlik) maddəsi ilə təqsirli bilinib. Məhkəmə onu 30 sutka azadlıqdan məhrum edilib. Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Nardarandakı xüsusi əməliyyat zamanı öldürülən mülki şəxslərin dəfn olunduğu məzarlıq “Köhnə Nardaran qəbiristanlığı” adlanır. Son 20 ildə bu məzarlıqda kənd sakinlərindən heç kim dəfn edilməyib. Yalnız Nardaran hadisələrində öldürülənlərdən 4 nəfər burada dəfn olunub. Məzarlığın ətrafında post qurulub. Yaxın ailə üzvlərindən başqa heç kəsin qəbirləri ziyarət etməsinə icazə verilmir.