Tarix : 2017 Nov 28
Kod 53562

Suriya ilə bağlı danışıqlar harada keçirilsin - Cenevrə ya Soçi

Suriya hökumətinin münaqişə ilə bağlı danışıqlara yollanacaq nümayəndə heyəti son anda fikrindən daşınıb və Cenevrə danışıqlarını baykot edib. İddia isə budur ki Səudiyyədə təşkil edilən muxalifətin nümayəndə heyəti ön şərtlər irəli sürüb.
Arannews-İslaminSesi.info  əl-Məyadin telekanalına istinadla xəbər verir ki, Suriya hökumətinin nümayəndə heyəti son anda Cenevrə danışıqlarına qatılmayacağını bəyan edib. Səbəb isə Səudiyyədə təşkil edilən muxalifətin yeni komandası və bu komandanın Bəşər Əsədin hökman getməsi ilə bağlı ön şərt irəli sürməsidir. Suriya hökuməti nümayəndə heyəti bildirib ki bu addım danışıqları yenidən 2014-cü ildəki vəziyyətə qaytarmaqdır.
 Bu arada Suriya hökuməti, danışıqların Soçidə keçirilməsi ilə bağlı Rusiyadan gələn təklifi dərhal qəbul edib və onu alqışlayıb. Suriya muxalifətinin Moskvada təşkil edilən qolu bunu rədd etməsə də danışıqların Cenevrədə keçirilməsini daha məqsədə uyğun hesab edib.
 Səudiyyədə təşkil edilən Suriya muxalifəti nümayəndə heyətinin bariz üzvü Nəsr əl-Həriri son çıxışında bəyan edib ki onlar Cenevrəyə Bəşər Əsədin getməsi üçün yollanırlar.
 Bundan öncə BMT-in Suriya münaqişəsi üzrə nümayəndəsi Stefan De-Mistura tərəfləri Cenevrəyə danışıqlara çağırmışdı.
 Suriya muxalifətinin Moskvada təşkil edilən nümayəndə heyətində yer alan Sami Bitancana danışıqlar üçün ən münasib Cenevrənin olduğunu deyib və danışıqların yol xəritəsi kimi BMT TŞ-ın 2254-cü qərarının baş tutması üçün hamının danışıqlara qatılmasını istəyib. O bildirib ki Astana və Soçi danışıqları Cenevrəni dəstəkləmək məqsədi daşıyır.
 Bundan öncə Donald Tramp və Emanuel Makron da telefon bağlantısında olublar və danışıqların yalnız Cenevrədə keçirilməsinin tərəfdarı olduğunu bəyan ediblər.
 Rusiya Xarici İşlər Nazirliyi Səudiyyədəki muxalifətin ön şərtlərlə danışıqlara qatılmasını qınamışdı.
  • Yazılıb
  • da (də) 2017 Nov 28
  • Göndərən مدير سايت Aran News