Misirin Sinay yarımadasındakı Rauda məscidinə “İŞİD” terrorçularının hücumu zamanı Allahın möcüzəsi sayəsində sağ qalmış 26 yaşlı imam xəstəxana yatağında sərt bəyanatla çıxış etdi.
Arannews:Rakurs.tv-istinadən xəbər:Bu haqda Şimali Afrikanın “ENCA” portalı məlumat yayıb. Ötən cümə günü imam Məhəmməd Əbdəl-Fəttah məsciddə cümə xütbəsi oxuyurmuş...
“Mən xütbəni yalnız 2 dəqiqə oxuya bildim. Gözlənilmədən məscidin bayırında iki partlayış səsi eşitdim. Və gördüm ki, məscid ziyarətçiləri dəhşət içərisində ora-bura qaçırlar. Sonra isə terrorçular məscidə daxil oldular və hamıya atəş açmağa başladılar”,-deyə imam məlumat verib.
Hücum zamanı gənc imam minbərdən düşərkən qaçanların ayaqları altında qalıb və ölən-yaralananlar onun üzərinə yıxılıb – elə bu da Məhəmmədin həyatını xilas edib. Lakin o, ciddi əzilmə və sümük zədələri alıb. Yaşadığı bu dəhşətlərə rəğmən 26 yaşlı məscid imamı sağaldıqdan sonra öz işinin başına qayıdacağını bəyan edib.
Maraqlıdır ki, faciə günü imam Əbdəl-Fəttahın oxuduğu xütbənin adı “Məhəmməd- bəşəriyyətin peyğəmbəridir” adlanıb.
Məscidin müəzzini - azan oxuyanı - 62 yaşlı Fəthi İsmayıl isə terrorçuların ilk atəşlərinə tuş gələrək şəhid olub.