Tarix : 2017 Nov 29
Kod 53567

Ümumrusiya Azərbaycan Konqresinin ləğvi rəsmiləşib

Arannews-APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ali Məhkəmənin Rəyasət Heyəti ÜAK-ın kassasiya şikayətini geri qaytarıb.
Rusiya Federasiyası Ədliyyə Nazirliyi də öz növbəsində ÜAK-ı Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarıb. Bununla da, ÜAK təşkilat olaraq legitimliyini itirib, ləğvi rəsmiləşib.
Qeyd edək ki, bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-nin qeydiyyatının ləğvi barədə qərar çıxarıb.
Sentyabrın 19-da Ali Məhkəmənin Apellyasiya Kollegiyası ÜAK-ın şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Rusiyanın 70-dən çox regionundakı Azərbaycan icmasıın rəhbərləri qeydiyyatı ləğv edilmiş ÜAK-ın prezidenti akademik Fazil Qurbanova yeni Azərbaycan diaspor təşkilatının yaradılması və bu təşkilata onun rəhbərlik etməsi üçün müraciət ediblər.

  • Yazılıb
  • da (də) 2017 Nov 29
  • Göndərən مدير سايت Aran News