“Səudiyyənin İrana qarşı addımları bölgədəki məğlubiyyətlərinə və daxili problemlərinə görədir”
Arannews-İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki bunu İran prezidenti Həsən Ruhani dövlət televiziyasına verdiyi müsahibədə deyib. Canlı yayımla müsahibə verən H.Ruhani ikinci prezidentlik dövrünün ilk 100 günü ilə bağlı hesabat verib.
Müsahibə zamanı ölkəsinin xarici siyasətinə toxunan H.Ruhani bildirib ki, onun ölkəsi dünya ölkələri ilə yaxşı əlaqələr qurmağa çalışır. Həsən Ruhani yaxşı əlaqələr sahəsində Avropa İttifaqı və Türkiyəni misal çəkib, amma pis əlaqələrə misal olaraq, bir-iki ölkənin adını çəkib.
Höccətül-islam Həsən Ruhani Səudiyyə Ərəbistanın ölkəsinə qarşı və bölgədəki siyasətini tənqid edib və vurğulayıb ki, ər-Riyadın İrana qarşı etdikləri bölgədəki məğlubiyyətlərinə və daxili problemlərinə görədir.
Həsən Ruhani Amerika ilə əlaqələri belə izah edib:
“İran BMT-in Baş Assambleyasında dünya ilə ədəblə və məntiqlə danışdığı halda ABŞ prezidenti Donald Tramp məntiqə yer vermir.”
Həsən Ruhani ikinci prezidentlik dövrünün ilk 100 günlüyü haqda hesabat verərkən daxili iqtisadi vəziyyətə də toxunub.
“İkinci prezidentlik dövrün sonuna qədər Tehranda yoxsulluğun kökləri kəsiləcək” deyə İran prezidenti vurğulayıb ki, ölkədə iqtisadi inkişaf ilə yüzə beş faiz hədəfdə saxlanılır.
ShareFacebookTwitterGoogle+LinkedInTumblrWhatsApp