Tarix : 2017 Nov 29
Kod 53572

Şahzadənin azadlığa çıxmasının qiyməti açıqlandı

Səudiyyə Ərəbistanı şahzadə Mitəb bin Abdullah 1 milyard dollar girov qarşılığında azadlığa buraxılıb.
Arannews-Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Mitəb bin Abdullahla bərabər daha üç nəfər də hökumətlə razılaşdıqdan sonra azadlığa buraxılıb.
Qeyd edək ki, Mitəb bin Abdullah dünən azadlığa çıxıb.
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bundan öncə həbs edilən şahzadələr və biznesmenlərə öz sərvətləri qarşılığında azadlıq təklif edildiyini bildirib. Bunun da nəticəsində dövlət xəzinəsinə 100 milyard dollar vəsait toplanıb.

  • Yazılıb
  • da (də) 2017 Nov 29
  • Göndərən مدير سايت Aran News