Papa Fransisk xəbərdarlıq edib ki, Birmanın gələcəyi “hər bir etnik qrup”un hüquqlarına sayğı göstərməkdən asılıdır. Bununla Myanmadan Banqladeşə qaçmaq məcburiyyətində qalan rohinca müsəlmanlarının yaşadığı humanitar böhrandan və BMT-nin onlar barədə bildirdiyi "etnik təmizləmə" tərifindən söz açmayan Roma papası Fransisk sözdə guya Myanmada yaşayan rohunca müsəlmanlarına dolayısıyla dəstək göstərib.
Arannews-Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Fransisk ordunun son aylar rohincalara qarşı zorakı əməliyyatlarına toxunmayıb, heç “rohinca” sözünü də işlətməyib. O, noyabrın 28-də Birmanın mülki lideri Aung San Suu Kyi və digər rəsmilərlə görüşüb.
Ancaq papa Birma xalqının “mülki münaqişə və düşmənçilikdən əziyyət çəkməkdə olduğunu” dilə gətirib. O vurğulayıb ki, Birmanı vətəni adlandıran hər kəsin təməl hüquqları qorunmalıdır.
Rohinca əsasən buddist ölkə olan Birmada qızışdırıcı termin sayılır, bu müsəlman azlıq vətəndaşlıqdan məhrum edilib, onlara qanunsuz “benqal” mühacirləri damğası vurulub.
Avqustdan bəri 620 minədək rohinca Banqladeşə qaçıb. Birləşmiş Ştatlar və BMT bunu “etnik təmizləmə” adlandırıb.