Tarix : 2017 Nov 29
Kod 53576

İcra başçısı müavininin oğluna hökm oxundu

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmir İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Arannews-İslamınSəsi bildirir APA-nın xəbərinə görə, məhkəmənin hökmü ilə E. İbadov 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edilib.
 Qeyd edək ki, Elmir İbadov bu il avqustun 22-də idarə etdiyi "Range Rover" markalı avtomobillə yaşlı qadını vurub və qadın ölüb.

  • Yazılıb
  • da (də) 2017 Nov 29
  • Göndərən مدير سايت Aran News