Rusiya Şiələr Cəmiyyətinin sədri İŞİD terrorçu qrupunu Amerika kəşfiyyat orqanlarının İslam ümmətinə zərbə vurmaq məqsədilə yaratdığı məhsul adlandıraraq deyib: “Dünya müsəlmanları düşmənlərin İŞİD kimi planları ilə mübarizə aparmaq üçün birlik nümayiş etdirməlidir”.
Arannews:nur-az.com-istinadən xəbər:Nizami Baloğlanov əlavə edib: “İŞİD İslam düşmənlərinin ən təhlükəli planlarından biri olaraq Amerika və qəsbkar İsrailin rəhbərliyi ilə yaradılaraq ortaya atılmışdı”.
Cəmiyyət sədrinin sözlərinə görə, İslam düşmənlərinin məkirli planları İŞİD-lə bitmir, digər planlar da hazırlanıb və icra olunmaqdadır. Boko-Haram, Əlqaidə, Cəbhətün-nüsrə və digər terrorçu qruplar İslam ölkələrinə qarşı yaradılıb.
N. Baloğlanov vurğulayıb: “İŞİD terrorçu qrupu öz qüvvələrinin əsas hissəsini Suriya və İraq ordusu, könüllü xalq qüvvələri, İran və Rusiyanın geniş dəstəklərinin hücumlarında itirdi. Lakin İŞİD tamamilə məhv olmayıb və onun Yəmən, Əfqanıstan, Misir, Livan, Pakistan, Orta Asiya və Avropa ölkələrində zərbələrini gözləmək lazımdır”.