Tarix : 2017 Nov 30
Kod 53581

İran İslam Respublikası yeni tank istehsal edib - FOTO

İranın milli istehsalı olan “Kərrar” tankı yaxın vaxtlarda silahlı qüvvələrin istismarına veriləcək.
Arannews:nur-az.com-istinadən xəbər:
Bu barədə məlumat verən İranın müdafiə naziri general Əmir Hətami bildirib ki, yeni tank istehsalında yüksək texnologiyalar tətbiq edilib.
Yeni “Kərrar” tankı elektron-optik sistem və lazer-ölçü cihazı ilə təchiz edilib ki, bu da ekipaja hədəflə tank arasındakı məsafəni dəqiq müəyyənləşdirməyə imkan verir. Tank, həmçinin səhrada və dağlıq ərazilərdə sürətlə hərəkət etmə imkanına malikdir.


  • Yazılıb
  • da (də) 2017 Nov 30
  • Göndərən مدير سايت Aran News