Arannews:Rakurs.tv-istinadən xəbər:Bu barədə REAL Hərəkatının rəhbərlərindən biri Erkin Qədirli "Facebook" səhifəsində yazıb.
Onun yazdığına görə, cavabda bildirilir ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarında İlqar Məmmədovun dərhal buraxılması barədə tələb olmadığından hökumətin məhkəmə qərarının icra yollarını seçmək ixtiyarı var. Əlavə olunub ki, hökumət məhkəmənin İ. Məmmədovla bağlı qərarına uyğun olan lazımi tədbirləri görəcək.
Avropa Şurasının Nazirlər Komitəsi oktyabrın 25-də İlqar Məmmədovun işi ilə bağlı qərar qəbul edib. Qərara əsasən AŞ NK Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsində əksini tapmış öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək niyyətindədir.
Qərarda deyilir ki, Azərbaycan məsələyə dair öz mövqeyini ən gec noyabrın 29-na qədər bildirə bilər. Konvensiyanın 46.4 maddəsi Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirməyən ölkənin AŞ-dən çıxarılması məsələsinə baxıla biləcəyini nəzərdə tutur.
İlqar Məmmədov Real Hərakatının sədridir.
O, 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi haqqında bəraət çıxarsa da, Azərbycan hökuməti onu azadlığa buraxmır.