Tarix : 2017 Nov 30
Kod 53587

Fələstinin parçalanmasından 70 il ötür

29 noyabr 1947-ci il. Məhz bu gün BMT qətnaməsi ilə Fələstin iki yerə parçalanmışdır.
Arannews-İslaminSesi bildirir ki, bu qətnamə ilə Fələstin ərazisində  ingilis mandatı ləğv olundu. 1948-ci ilin avqust ayında bu ərazidə iki müstəqil dövlət yarandı. Yerusəlim beynəlxalq nəzarətdə qalmalı idi. Ərəb dünyası bu parçalanmanı ədalətsiz hesab etdi ki, bu da 1948-49-cu illərdə Ərəb-İsrail müharibəsinə səbəb oldu. BMT-nin qətnaməsinə əsasən orada federativ dövlət qurulmalı idi. Lakin bu ideyanın tərəfdarı tapılmadı. Xüsusilə yəhudilər müstəqil dövlət davasında idilər.
İkinci dünya müharibəsi "dəhşətlərindən" sonra yəhudilərin müstəqil dövlət dərdi başa düşülən idi. Hər halda Qərb bunu başa düşməkdə öndə gedirdi. BMT-nin qətnaməsinə görə qurulacaq dövlətdə 1, 2 milyon ərəb və 600 min yəhudi olacaqdı. Həmçinin həmin ərazilərin 55%-də yəhudilərin dövləti nəzərdə tutulurdu. Lakin tarixin gedişi göstərdi ki, BMT-nin qətnamələri yalnız kağız üzərində qaldı. Tökülən qanlar və tapdanan fələstinlilərin hüquqları beynəxalq aləmdə sanki görməzdən gəlinir.
  • Yazılıb
  • da (də) 2017 Nov 30
  • Göndərən مدير سايت Aran News