“Biz bir gərginliyi arxada qoyduq. Səd əl-Həriri baş nazir olaraq qalacaq və Livanın rəhbərliyini idarə edəcək. Livandan başlayaraq, Yaxın Şərqin gələcəyi birgə yaşam üçün bir nümunə olacaq”
Arannews-İslaminSesi.info xəbər verir ki, bunu Livan prezidenti Mişel Oun İtaliya qəzetlərindən birinə verdiyi müsahibədə deyib.Mişel Oun bildirib ki Səd əl-Həriri baş nazir olaraq qalacaq.
Qeyd edək ki, Səd əl-Həriri carı ayın əvvəlində Səudiyyəyə səfəri zamanı məcburi şəkildə istefa vermişdi.
Mişel Oun Hizbullahı da dəstəkləyib. O Hizbullahın Livanın Ərsal bölgəsində terrora qarşı apardığı mübarizəni önə çəkib və bəyan edib ki, Suriyadakı qüvvələr də orada terror bitəndən sonra vətənlərinə dönəcəklər.
Səudiyyə Ərəbistanında korrupsiyaya qarşı mübarizə kimi tanınan həbs daığası ilə bağlı sualı cavablandıran Livan prezidenti, digər ölkələrin daxili işlərinə müdaxilə etmədiyini bildirib.
ShareFacebookTwitterGoogle+LinkedInTumblrWhatsApp