Tarix : 2017 Nov 30
Kod 53590

"Heykəl məhbusu" məhkəməyə gətirilmədi

"Heykəl məhbusu" məhkəməyə gətirilmədi
Arannews:Rakurs.tv-istinadən xəbər:Noyabrın 29-da Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə “heykəl məhbusu” Qiyas İbrahimovun və atası Həsən İbrahimovun CM-nin 289.2 –ci maddəsi (məhkəməyə hörmətsizlik etmə - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə keçiriləcək məhkəmə iclası təxirə salınıb. Hakim H. Səfərov bunu həm Qiyas İbrahimovun vaxtında gətirilmədiyini, həm də iş üzrə şahidlərin məhkəməyə gəlmədikləri ilə əsaslandıraraq məhkəmə prosesini 6 dekabr saat 15:00-a təyin edib. 
Qeyd edək ki, 5 iyun 2017-ci il tarixdə apellyasiya məhkəməsində şüşə qəfəsdə olan Qiyas İbrahimov prokuror çıxış edərkən dəfələrlə sədrlik edən hakim Vüqar Məmmədova əlləri ilə eşidə bimədiyini işarə edir. Hakim ona məhəl qoymadıqda gənc fəal şüşə qəfəsdəki mikrofonu çıxararaq yerə atıb və sərt şəkildə etiraz edib. Bu zaman məhkəmə nəzarətçiləri şüşə qəfəsdə İbrahimovun qollarını arxadan qandallayıb. Onun əlində sıyrıntı yaranır və oturduğu skamyada qan izləri görünüb. Bu zaman gənc fəalın atası Həsən İbrahimov hakimlərə etiraz edərək “allahınız olsun” deyib. Hadisədən sonra yaranmış insidentlə bağlı Həsən İbrahimova qarşı cinayət işi qaldırılıb.


  • Yazılıb
  • da (də) 2017 Nov 30
  • Göndərən مدير سايت Aran News