Tarix : 2017 Nov 30
Kod 53591

Zəncanda Nardaran şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq anım mərasimi keçiriləcək

Nardaran şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq anım mərasimi 30 noyabr axşam saat 21:00-da Zəncan şəhərində Gülzari-şühədanın “Şəhidlər” hüseyniyyəsində keçiriləcək.
AranNews - Nardaran şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq anım mərasimi Azərbaycan Respublikası, Fransa, İngiltərə, Livan, Yəmən, İraq, Nigeriya və İndoneziya ölkələrindən gəlmiş qonaqların iştirakı ilə 30 noyabrda axşam saat 21:00-da Zəncan şəhərində Gülzari-şühədanın “Şəhidlər” hüseyniyyəsində keçiriləcək.
Mərasimin xüsusi xətibi Şeyx Tohid İbrahimbəylidir.
Xatırladaq ki, 26 noyabr 2015-ci ildə Ərbəin günləri ərəfəsində Azərbaycan Respublikası xüsusi polis qüvvələri Nardaranda hüseyniyyədə əzadarlıqla məşğul olan bir qrup dindara hücum etmişdir, nəticədə 4 nəfər şiə şəhid olmuş, onlarla insan yaralanmışdır. Bu hadisədə bir çox ruhanilərə, o cümlədən Müsəlman Birliyi Hərəkatının sədri höccətül-islam Hacı Tale Bağırova qarşı əsassız ittihamlar irəli sürülərək həbs edilmiş, saxta məhkəmələrdən sonra onlar uzun müddətli həbsə məhkum olunmuşlar.
Anım mərasimində hər kəs iştirak edə bilər.


  • Yazılıb
  • da (də) 2017 Nov 30
  • Göndərən مدير سايت Aran News