Tarix : 2017 Dec 02
Kod 53593

"İstintaq aparılmayıb, yalnız Mehman özü ifadəsini verib" -

Dekabrın 1-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə jurnalist, blogger Mehman Hüseynovun CM-nin 147.2-ci maddəsilə təqsirli bilinib 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunması ilə bağlı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi keçirilib
Dekabrın 1-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə jurnalist, blogger Mehman Hüseynovun CM-nin 147.2-ci maddəsilə təqsirli bilinib 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunması ilə bağlı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə prosesində M. Hüseynovun özü və vəkilləri Fuad Ağayev və Şəhla Hümbətova, Fəxrəddin Mehdiyev eləcə də media və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Müdafiə vəkilləri məhkəməyə əlavə sübutun tədqiq edilməsi ilə bağlı vəsatət təqdim ediblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Bundan sonra məhkəmə istintaqının tamamlanması ilə bağlı müzakirələr edilib və müdafiə vəkilləri çıxışa hazır olduqlarını məhkəməyə bildiriblər. Amma xüsusi ittihamçının nümayəndəsi hazır olmadığını deyib. Bundan sonra hakim Ə. Qasımov məhkəmə iclasının 15 dekabr saat 15:30-a qədər təxirə salındığını elan edib.
Xatırladaq ki, 9 yanvar 2017-ci il tarixində saat 19:30- radələrində jurnalist, blogger Mehman Hüseynov oğurlanaraq naməlum istiqamətə aparılmış və ondan heç bir xəbər alınmamışdı. Daha sonra jurnalistin Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparıldığı və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə təqsirli bilindiyi məlum olmuşdu. 10 yanvar 2017-ci il tarixdə Nəsimi rayon Məhkəməsi bloggerin 200 manat cərimə cəzasına məhkum edərək onu azadlığa buraxmışdı. Həmin vaxt orada mediaya açıqlama verən jurnalist işgəncəyə məruz qalması barədə açıqlama verib. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onu xüsusi ittiham qaydasında məhkəməyə verərək Mehman Hüseynovun Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. 3 mart 2017-ci il tarixdə Suraxanı rayon Məhkəməsi Hüseynovun 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
  • Yazılıb
  • da (də) 2017 Dec 02
  • Göndərən مدير سايت Aran News