Bəhreyn İslam Partiyası Ayətullah İsa Qasimin sağlamlıq vəziyyətinin çox ağır olduğunu açıqlayıb.
Arannews-FaktXəbər-in məlumatına görə, bu barədə danışan partiya rəsmisi Şeyx Abdullah Dəqqaq bildirib ki, Bəhreyn qovluğu hazırda Səud rejiminin əlindədir: "Səudiyyəlilər İsrail və ABŞ-ı razı salmaq üçün xalqımız əleyhinə istədiklərini edirlər.”
Ayətullah İsa Qasimin səhhəti barədə də danışan Şeyx Dəqqaq onun təcili olaraq tibbi müayinədən keçməli olduğunu söyləyib: "Bir halda ki, Bəhreyn xəstəxanalarına da etibar yoxdur. Bəhreyn rejiminin də onun həyatını təhlükəyə salacaq addım atması mümkündür. Rejimin ölkənin mənəvi liderinə qarşı qoyduğu məhdudiyyətlər qaldırılmalıdır. Bəhreynin əziz və qeyrətli xalqından istəyimiz budur ki, ayağa qalxıb, alimlərin göstərişlərinə əməl etsinlər