Tarix : 2017 Dec 02
Kod 53598

Avropadakı müsəlmanların sayı 3 dəfə artacaq

Nüfuzlu analitik mərkəz müvafiq araşdırma aparıb.
Arannews-İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın nüfuzlu “Pew Research Center” analitik agentliyi hazırladığı məruzəni dərc edib. Həmin sənəddə 2050-ci ildə Avropa ölkələrində olacaq müsəlmanların sayı barədə də araşdırma aparılıb.
Agentlik ekspertləri proqnozu hazırlayarkən 3 ssenaridən əsas kimi istifadə ediblər: “sıfır miqrasiya” ssenarisi, sırf qanuni miqrasiya ssenarisi və böyük həcmdə qeyni-qanuni miqrasiya ssenarisi.
3-cü ssenariyə əsasən, məlum olub ki, Avropa ərazisindəki müsəlmanların sayı 2050-ci ilədək ümumi Avropa əhalisinin 14 faizini təşkil edə bilər. Bu isə hazırkı göstəricilərdən demək olar ki, 3 dəfə çoxdur.
Məruzədə həmçinin qeyd edilir ki, hazırda Avropa ölkələrindəki müsəlmanların yarıdan çoxu (53%) Avropaya 2010-2016-cı illərdə gəlib.

  • Yazılıb
  • da (də) 2017 Dec 02
  • Göndərən مدير سايت Aran News