Tarix : 2017 Dec 02
Kod 53599

Yəməndə anti-Səudiyyə cəbhəsinin daxilində ciddi qarşıdurma baş verib

Yəmənin sabiq prezidenti Əli Abdullah Salehin başçılıq etdiyi “Xalq Konqresi” partiyası paytaxt Sənada və digər əyalətlərdə əhalini husilərə qarşı ayağa qalxmağa çağırıb.
Arannews-İslaminSesi.info bu barədə RT-ə istinadla xəbər verir.
 3 ildir Səudiyyənin təcavüzünə qarşı vahid cəbhə kimi formalaşan “Xalq Konqresi”- “Ənsarullah” koalisiyası ötən gün baş verən hadisələrdən sonra ciddi təfriqəyə düçar olub.
 Əli Abdullah Salehin başçılıq etdiyi “Xalq Konqresi” partiyası elan edib ki, onların üzvləri paytaxt Sənada husilər tərəfidən saxlanılırlar. Məhz ona görə onlar əhalini “Ənsarullah”a qarşı üsyana çağırıblar. “Xalq Konqresi” bəyanatında gəlib ki onlar bunu Yəmənə görə edirlər.
 Az öncə Ənsarullah hərəkatının lideri Əbdül-Məlik Hüsi çıxış edərək, “Xalq Konqresi”ni sabitliyi və birliyi qorumağa yalnız Səudiyyənin təcavüzləri qarşısında cəbhə yaratmağa çağırıb.
 Əbdül-Məlik Husi bu çağırışında Əli Abdullah Salehi məntiqlə hərəkət etməyə, dövlət müəssisələri ilə həmkarlıq etməyə, təhlükəsizlik və sabitliyi qorumağa və fitnədən uzaq durmağa çağırıb.
  • Yazılıb
  • da (də) 2017 Dec 02
  • Göndərən مدير سايت Aran News