Bicar şəhərinin əhli-sünnə imam cüməsi Mamusta Abdussalam Məhəmmədi Nardaran şəhidlərinə həsr olunmuş beynəlxalq anım mərasimində deyib: “Nardaran şəhidləri İmam Hüseyn (ə) Ərbəini günləri ərəfəsində zorakıların qüvvələri tərəfindən şəhid edilib”.
AranNews – Redaksiyamızın Zəncandan verdiyi məlumata görə, Bicar şəhərinin əhli-sünnə imam cüməsi Mamusta Abdussalam Məhəmmədi Zəncanın Şəhidlər Xiyabanının “Şəhidlər” hüseyniyyəsində keçirilən Nardaran şəhidlərinin ikinci ildönümünə həsr edilmiş beynəlxalq anım mərasimində 2015-ci ildə Azərbaycan Respublikasında baş vermiş qanlı Nardaran hadisəsinə işarə edərək deyib: “Nardaran şəhidləri İmam Hüseyn (ə) Ərbəini günləri ərəfəsində zorakıların qüvvələri tərəfindən şəhid edilib”.Əhli-sünnə imam cüməsi çıxışının davamında deyib: “Nardaran şəhidlərinin şəhadətinin mesajı budur ki, müsəlmanlar həmişə cihad əhlidir”.
O, mədəniyyət cihadını ən önəmli cihadlardan olduğunu xatırladaraq bildirib: “İmam Hüseynin (ə) şəhadətinin mesajı da zorakılarla mübarizə, zülmkarların və zalım hökumətlərin qarşısında dayanmaq olmuşdur”.
Mamusta Abdussalam çıxışının digər hissəsində vurğulayıb: “Biz Nardaran şəhidlərinin şəhadətinin din və dini təlimlərdə müqavimət etmək olan mesajını özümüzə örnək etməliyik”.
Qarabağ soyqırımına da toxunan imam cümə deyib: “Azərbaycan Respublikasının əhalisinin Qarabağda qətliam edilməsi bir soyqırım idi. Soyqırıma məruz qalanların çox şiə və bir hissəsi də əhli-sünnə müsəlmanları idilər. Bu əhali həqiqətdə zorakıların və sionistlərin qüvvələri tərəfindən şəhid edildi”.
“Bugünləri İslam ölkələrindən bəzilərinin başçılarının sionistlərlə münasibət qurması və onları tərifləməsi təəssüf doğurur”-deyə, imam cümə bu məsələdən narahatlığını ifadə edib.
Mamusta Məhəmmədi İran İslam Respublikasının Fələstin mövzusunu əvvəldən öz siyasətlərinin sərlövhəsi qərar verməsinə işarə edərək deyib: “Bugünləri İslam ölkələri üçün lazım olan ən mühüm məsələlərdən biri vəhdətdir”.
Həm əhli-sünnə, həm də şiə məzhəblərində onların əsl təlimlərindən qırağa çıxmış qrupların mövcud olmasını vurğulayan imam cümə bildirib ki, İslam ölkələri öz ortaqlıqlarını gücləndirsəydilər, təfriqə və gərginlik yaradan mövzuları qırağa qoysaydılar, sözsüz, bugünləri müsəlmanların vəziyyəti belə olmazdı”.
Xatırladaq ki, 26 noyabr 2015-ci ildə Ərbəin günləri ərəfəsində Azərbaycan Respublikası xüsusi polis qüvvələri Nardaranda hüseyniyyədə əzadarlıqla məşğul olan bir qrup dindara hücum etmişdir, nəticədə 4 nəfər şiə şəhid olmuş, onlarla insan yaralanmışdır. Bu hadisədə bir çox ruhanilərə, o cümlədən Müsəlman Birliyi Hərəkatının sədri höccətül-islam Hacı Tale Bağırova qarşı əsassız ittihamlar irəli sürülərək həbs edilmiş, saxta məhkəmələrdən sonra onlar uzun müddətli həbsə məhkum olunmuşlar.