Tarix : 2017 Dec 02
Kod 53604

Əfqan Muxtarlının qardaşı: Sifarişlidir, nə tapşırılırsa, onu edirlər

Noyabrın 30-da Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının işinə baxılıb. Proses zamanı 8 vəsatət verilsə də, yalnız biri -məhkumun vəkillərin yanında əyləşməsi ilə bağlı verilən vəsatət təmin olunub.
Arannews:meydan.tv-istinadən xəbər: Prosesi izləyən qardaşı Ramazan Muxtarlı da Əfqanın günahsız olduğunu deyir.
Məhkəmə baxışı dekabrın 14-də davam edəcək. Növbəti prosesdə hakim zərərçəkənlərin və şahidlərin məhkəmədə iştirakının təmin olunması ilə bağlı qərar verdi.
Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.
Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham edir. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi məhbus kimi tanıyır.
tagsVideo

  • Yazılıb
  • da (də) 2017 Dec 02
  • Göndərən مدير سايت Aran News