Tarix : 2017 Dec 03
Kod 53609

AXCP üzvü 30 sutka həbs cəzası aldı

Dekabrın 1-də Nəsimi Rayon Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı, bloger Namiq Sadıqlını 30 sutka azadlıqdan məhrum edib.
Arannews:rakurs.tv-istinadən xəbər:O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilinir.
AXCP-dən verilən məlumaata görə, müdafiə tərəfi həbsdən şikayət verəcək.
Namiq Sadıqlı noyabrın 30-da Nəsimi rayon 19-cu polis bölməsinə aparılıb.
Partiya yoldaşları onun sosial şəbəkədəki paylaşımlarına, fəallığına görə həbs edildiyi qənaətindədirlər. 
Hazırda Azərbaycanda 10-dan çox jurnalist və bloger həbsdədir. Onlar Azərbaycan hakimiyyətini tənqid etməkləri ilə tanınır.

  • Yazılıb
  • da (də) 2017 Dec 03
  • Göndərən مدير سايت Aran News