Dekabrın 1-də Nəsimi Rayon Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı, bloger Namiq Sadıqlını 30 sutka azadlıqdan məhrum edib.
Arannews:rakurs.tv-istinadən xəbər:O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilinir.AXCP-dən verilən məlumaata görə, müdafiə tərəfi həbsdən şikayət verəcək.
Namiq Sadıqlı noyabrın 30-da Nəsimi rayon 19-cu polis bölməsinə aparılıb.
Partiya yoldaşları onun sosial şəbəkədəki paylaşımlarına, fəallığına görə həbs edildiyi qənaətindədirlər.
Hazırda Azərbaycanda 10-dan çox jurnalist və bloger həbsdədir. Onlar Azərbaycan hakimiyyətini tənqid etməkləri ilə tanınır.